METBUAT.AZ

Dünya

Bu tarixdə Türkiyə əhalisi azalacaq

30 İyul 2024 18:49

2100-cü ildə Türkiyə əhalisinin sayının 77 milyondan aşağı düşəcəyi təxmin edilir.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Qurumu hesablamalar aparıb. Hesablamalar zamanı ölkədə doğum, ölüm və miqrasiyaya bağlı demoqrafik vəziyyətə əsasən hesablanıb.

Məlumata görə, mövcud vəziyyətin davam edəcəyi təqdirdə 2023-cü ildə 85 milyon 372 min 377 nəfər olan Türkiyə əhalisinin sayının 2030-cu ildə 88 milyon 188 min 221, 2050-ci ildə isə 93 milyon 774 min 618 nəfərə çatması gözlənilir. Lakin 2050-ci illərin ortalarına qədər artması gözlənilən əhali sayının sonradan tədricən azalaraq 2100-cü ildə 77 milyondan aşağı düşəcəyi təxmin edilir.


metbuat.az.