METBUAT.AZ

Ölkə

"Cavanşir" körpüsü bu tarixdə açılacaq -

15 İyul 2024 12:37

Xəbər verdiyimiz kimi, 20 may tarixindən etibarən təmir-tikinti işləri ilə əlaqədar Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bəs, körpü nə vaxt istifadəyə veriləcək?

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Metbuat.az-a bildirib ki, hazırda təmir-tikinti işləri davam etdirilir.

"Artıq körpü sökülüb. Ərazidən söküntü materialları çıxarılıb. Torpaq yatağı işlənəcək. Təqribən 3 ay ərzində körpünün istifadəyə veriləcəyi planlaşdırılır".

Seyranə Quliyeva / Metbuat.az




metbuat.az.