9 İyul 2024 23:08
Azərbaycan çempionu "Qarabağ"ın Çempionlar Liqasındakı potensial rəqibləri I təsnifat mərhələsinin oyunu çərçivəsində üz-üzə gəlib.
Metbuat.az xəbər verir ki, “Hamrun” komandası Maltada Cəbəllütariqin “Linkoln” kollektivini qəbul edib. Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb - 1:0.
Bu komandalar arasında cavab görüşü iyulun 16-da gerçəkləşəcək.
Qeyd edək ki, Azərbaycan çempionu bu duelin qalibi ilə ilk matçını iyulun 23-ü və ya 24-də səfərdə keçirəcək. Cavab oyunu iyulun 30-da Bakıda baş tutacaq.