METBUAT.AZ

Ölkə

COP29-a görə Bakıda toyların keçirilməsi təxirə salındı

30 İyul 2024 20:43

COP29 ərəfəsində toyların keçirilməsi təxirə salınan bəzi restoranların adları məlum olub.

Metbuat.az-ın Oxu.az-a istinadən məlumatına görə, "Kolizey Hall", "Nion Palace" restoranlarında məclislər təşkil olunmayacaq.

Həmin günlər ərzində "Neolit Hall"da toyların keçiriləcəyi bildirilib. "Ay işığı" restoranında da toylar təxirə salınmayacaq. Həmin restoranlardan bildirilib ki, rəsmi qərar verildiyi təqdirdə toylar keçirilməyəcək. Hələlik isə belə qərarın olmadığı bildirilib.

Əldə etdiyimiz digər bir məlumatda isə Bakının heç bir restoranında COP29-un davam etdiyi müddətdə el şənliklərinin keçirilməyəcəyi qeyd olunub.



metbuat.az.