1 İyul 2024 15:18
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) təhlükəsiz və ədalətli enerji keçidini sürətləndirəcək platforma olacaq.
Metbuat.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.
“İtaliyada #YaşılEnerjiKeçidiKonqresi çərçivəsində COP29 öncəsi Azərbaycanın milli enerji strategiyasına həsr olunmuş sessiyada yaşıl enerji gündəliyimiz COP məqsədləri kontekstində maraqla qarşılandı. COP29-un Fəaliyyət Gündəliyinə istiqamət verən və COP-un mirası olmağa iddialı “yaşıl enerji zonaları və dəhlizləri” kimi örnək təşəbbüslərdən danışdıq. Həmçinin elektrik şəbəkələrinin gücləndirilməsini, enerji saxlanma imkanlarının genişlənləndirilməsini, hidrogen istehsalının artırılmasını, müvafiq istiqamətlər, eləcə də HVDC infrastrukturu, enerji səmərəliliyi üzrə investisiyaların bir neçə dəfə artırılmasını təşviq etməklə COP29-un təhlükəsiz və ədalətli enerji keçidini sürətləndirəcək platforma olacağına dair fikirlərimizi bölüşdük”, - paylaşımda qeyd olunur.