1 İyul 2024 19:48
COP29-un prezidenti Muxtar Babayev BMT-nin Afrika İqtisadi Komissiyasının icraçı katibi Klaver Qatete ilə görüşüb.
Metbuat.az xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verilib.
“COP29 sədrliyi və BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının icraçı katibi Klaver Qatete arasında inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyəsinin təmin edilməsinin vacibliyi ilə bağlı məzmunlu ikitərəfli müzakirə aparılıb”, - məlumatda qeyd edilib.