METBUAT.AZ

Ölkə

Daha 10 itkin-şəhidin dəfn mərasimi keçiriləcək

9 İyul 2024 16:14

Daha on itkin-şəhidin dəfn mərasimi keçiriləcək.

Bu barədə Metbuat.az Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına istinadən xəbər verir.

Məmişov Şahin Talış oğlu, Paşayev Ələddin Bəhlul oğlu, Qarayev Usubəli Süleyman oğlu, Şahmuradov Nemət Musa oğlu, Usubov Zakir Kamran oğlu Xocalı şəhəri Şəhidlər xiyabanında, Baxışov İdris Osman oğlu Quba rayonu, Qənidərə kəndində, Əliyev Muğan Gəray oğlu Füzuli rayonu, Çimən kəndində, Əliyev İmaməddin Əliağa oğlu Ağdaş rayonu, Pirəzə kəndində, Rəhimova Səfiyyə Müləzim qızı və Rəhimov Müsaddin Sədri oğlu Saatlı rayonu, Orta Muğan kəndində dəfn ediləcəklər.


metbuat.az.