METBUAT.AZ

Gündəm

"Day-dayım var, sürürəm" deyən xanım saxlanıldı

3 İyul 2024 15:05

Gəncədə ""day-dayım" var, sürürəm"-deyərək idarə etdiyi 77-FB-782 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobillə yol hərəkəti qaydalarını pozan xanım sürücü saxlanılıb.

Metbuat.az-ın məlumatına görə, araşdırmalar zamanı məlum olub ki xanımın "day-day" dediyi tanışı öz adına avtomobil icarəyə götürüb və ona bir neçə saatlıq sürməsi üçün verib. Həmin şəxsin də kimliyinin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində araşdımalar davam etdirilir.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verın Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, keçirilən müvafiq tədbirlər nəticəsində avtomobili idarə edən şəxsin kimliyi müəyyən edilib: "Araşdırmalar zamanı şəxsin avtomobili sürücülük hüququ olmadan idarə etməsi müəyyən olunub. Şəxslə profilattiki söhbət aparılaraq barəsində inzinati protokol tərtib olunub".

Xatırladaq ki, Gəncədə xanım sürücü idarə etdiyi avtomobillə kobud qayda pozaraq tyəhlükəli manevrlər edib, həmin anın videogörüntüsünü sosial şəbəkə hesabında paylaşıb.

Paylaşdığı videonun rəy bölməsində sürücülük hüququnun olmadığını və ona kiminsə "day-dayılıq" etdiyini bildirib.


metbuat.az.