METBUAT.AZ

Hadisə

Dələduzluğa görə axtarılan 9 nəfər saxlanıldı

27 İyul 2024 11:19

Polis əməkdaşlarının iyulun 26-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan şəxslər saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onların sayı 9 nəfərdir. Həmin şəxslər saxlanılaraq istintaqa təhvil verilib.


metbuat.az.