METBUAT.AZ

İdman

Dəyərinə dəyər qatdı -

5 İyul 2024 09:45

Avropa nəhənglərinin transfer etmək istədiyi Ferdi Kadıoğlu Avstriya matçında göstərdiyi möhtəşəm performansdan sonra yenidən diqqət mərkəzindədir.

Metbuat.az xəbər verir ki, Avstriya ilə qarşılaşma boyu möhtəşəm oyun nümayiş etdirən Ferdi Kadıoğlu statistikası ilə matça damğasını vurub. O, turnir rekordunu qırıb.Futbolçu Avstriya matçında 12,2 km qaçaraq turnir rekordunu yeniləyib. Ferdi Avstriya matçında 33,4 (km/saat) ilə Barış Alper Yılmazdan sonra ən yüksək sürət statistikasına çatan iki oyunçu oldu. Sol cinah müdafiəçisinin digər statistikası isə belədir:

• Ən çox mübarizə (71)

• Ən çox ikili qaliblər (10)

• Ən uğurlu müdaxilələr (6)

Bəzi idman şərhçilərinin sözlərinə görə, Avropa çempionatındakı uğurlu oyunundan sonra Ferdi Kadıoğlunun transfer qiyməti 50 milyon avroya çatıb. “Arsenal” klubunun Ferdi Kadıoğlunu transfer etmək üçün hərəkətə keçdiyi irəli sürülür.


metbuat.az.