METBUAT.AZ

İqtisadiyyat

Dövlət büdcəsinin profisiti 97 % artıb

15 İyul 2024 13:14

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 18 milyard 842,9 milyon manat, xərcləri isə 16 milyard 52,1 milyon manat təşkil edib.

Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 21,7 % və 14,1 % çoxdur.

Son nəticədə 6 ayda büdcədə 2 milyard 790,8 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 97 % çoxdur.


metbuat.az.