METBUAT.AZ

İqtisadiyyat

Dövlət Neft Fondu 3 ayda 10 tondan çox qızıl alıb

17 İyul 2024 14:23

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) qızıla yatırılan investisiyanın həcmini artırıb.

Metbuat.az ARDNF-ə istinadən xəbər verir ki, 2024-cü ilin I rübündə Fondun investisiya portfelinin 7 milyard 499 milyon dollarlıq hissəsini (13,2%) qızıl investisiyaları təşkil edib. Üç ay ərzində ARDNF qızıla olan investisiyalarını 1 milyard 75.6 milyon ABŞ dolları və ya 14.3% artırıb. Belə ki, cari ilin II rübündə Fonddun investisiya portfelinin 8 milyard 574,6 milyon ABŞ dollarlıq hissəsini (14.8%) qızıl investisiyaları təşkil edib.

Qeyd edək ki, ARDNF bu ilin ikinci rübündə 10 tondan çox qızıl alıb. Belə ki, 1 aprel 2024-cü il tarixinə Fondun qızıl ehtiyatı 104,6 ton təşkil etdiyi halda iyul ayının 1-nə bu rəqəm 114.9 tona qədər yüksəlib. Başqa sözlə, ARDNF qızıl ehtiyatını son üç ayda 10.3 ton artırıb.


metbuat.az.