METBUAT.AZ

İqtisadiyyat

Dünya bazarlarında neft ucuzlaşıb

20 İyul 2024 11:07

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin sentyabr müqaviləsinin dəyəri 2,97% azalaraq 1 barelə görə 82,58 ABŞ dolları təşkil edib.

Metbuat.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 3,32% azalaraq 1 barelə görə 78,6 ABŞ dolları təşkil edib.


metbuat.az.