METBUAT.AZ

Ölkə

Ədil Arifoğlu qəfil vəfat etdi -

28 İyul 2024 16:21

Azərbaycanlı hərbi jurnalist Ədil Arifoğlu vəfat edib.

Metbuat.az xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb.

Qeyd edək ki, Ə.Arifoğlu uzun illər Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Hərbi vətənpərvərlik baş redaksiyasının baş rejissoru kimi çalışıb.

Ədil Arifoğlu həm Birinci, həm də İkinci Qarabağ müharibəsində hərbi jurnalist kimi iştirak edib, qızğın döyüşləri ön cəbhədə lentə alıb.


metbuat.az.