METBUAT.AZ

Ölkə

EFM jewelry ilin uğurlu zinət brendi seçildi

12 İyul 2024 15:14

Zinət qadın əsalətini tamamlayan önəmli detaldır. Əsrlər boyu aktual olan zinət əşyaları qadının daxili dünyasının xarici təzahürüdür. Yer üzünün zinəti olaraq yaradılan qadının zinət sevgisi, onun yaradılış sirridir. EFM jewelry qadın ruhunu ifadə edən Azərbaycan multibrendidir.

Brend, iş adamı Fəqan İsmayılov tərəfindən 2023-cü ildə təsis edilib. Qara metal istehsalı ilə başlayan iş həyatı yolçuluğu unikal EFM brendinin ərsəyə gəlməsi ilə davam edir.

Əsas fəaliyyət prinsipi müştəri məmnuniyyəti olan brend şəhərin ən dəbdəbəli konseptual mağazalarından biridir. Dəbdəbə və zərafəti eyni zamanda vəd edən EFM zinət əşyaları, geniş çeşidi və gözoxşayan kolleksiyası ilə zərgərlik həvəskarlarının xidmətindədir. EFM zinət əşyaları toy, nişan və digər özəl günlər üçün unikal seçimdir.

EFM zərgərlik nümunələri zamansız zərifliyin təcəssümüdür.

EFM jewelry irəliləyən zamanda özünəməxsus dizaynları ilə zinət sevərlərin qarşısında olmağı hədəfləyir.

EFM jewelry, 3 İyul 2024-cü il tarixində beynəlxalq “Millionaire Concept Gala” layihəsində ilin “The Successfull Jewelry Brand of the Year” nominasiyasına layiq görülüb.


metbuat.az.