METBUAT.AZ

İdman

Endrikin ilk məşqində Arda Ançelottini heyran etdi -

30 İyul 2024 15:59

ABŞ-nin Çikaqo şəhərində ilk məşqidə çıxan "Real Madrid"də Arda Gülərin performansı diqqət çəkib.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, "Real"ın braziliyalı yeni transferi Endrikin qatıldığı ilk məşqdə baş məşqçi Karlo Ançelottinin ən çox bəyəndiyi futbolçu Arda olub, italiyan mütəxəssis onu heyranlıqla izləyib.

Yeni mövsümdə 24 əvəzinə 15 nömrəli formanı geyinəcək Arda Gülər məşq prosesində qol və asistləri ilə önə çıxıb. Onun yeni transfer Endrik ilə yaxşı anlaşması da gözdən qaçmayıb.

Qeyd edək ki, Arda son çıxışlarından "Real Madrid"dən ayrılmayacağını bildirib.


metbuat.az.