METBUAT.AZ

Dünya

Ərdoğan İranın yeni prezidenti ilə regional məsələləri müzakirə etdi

8 İyul 2024 20:48

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Məsud Pezeşkiyanla telefonla danışıb.

Metbuat.az xəbər verir ki, Ərdoğan iranlı həmkarını seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edib.

Onlar ikitərəfli və regional məsələləri müzakirə ediblər.

Türkiyə lideri ikitərəfli əlaqələrin bütün sahələrdə daha da inkişaf edəcəyinə ümidvar olduğunu söyləyib.


metbuat.az.