12 İyul 2024 11:09
Türkiyə prezidenti Ərdoğan Qəzzada qətliam törədən İsrailə hərbi dəstəyin davam etdirilməsinin qəbuledilməz olduğunu bildirib.
Mətbuat.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ərdoğan bu sözləri NATO-Ukrayna Şurasının iclasından sonra keçdiriyi mətbuat konfransında deyib.
“İttifaqımızın təməl dəyərlərini ayaqlar altına atan İsrail rəhbərliyinin NATO ilə əlaqələrini davam etdirməsi qəbuledilməzdir. Bütün basqılara rəğmən Fələstini tanıyan ölkələrin sayının artması sevindiricidir. Sülh üçün köməyə hazırıq”.
Mədinə Zaur