METBUAT.AZ

Dünya

Ərdoğan millinin oyununa görə Almaniyaya gedir

4 İyul 2024 12:35

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Niderland oyununu izləmək üçün Almaniyaya gedəcək.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, bu səbəbdən o, sözügedən tarixdə Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə toplantısında iştirak etməyəcək.

Qeyd edək ki, Almaniyada keçirilən futbol üzrə Avropa Çempionatının 1/4 final mərhələsində Türkiyə millisi Niderlandla iyulun 6-da qarışılaşacaq.


metbuat.az.