METBUAT.AZ

Dünya

Ərdoğan mühüm iclasda iştirak etdi

11 İyul 2024 00:25

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Vaşinqtonda keçirilən iclasında iştirak edib.

Metbuat.az xəbər verir ki, Türkiyə liderini sammitin keçirildiyi Walter E. Konqres Mərkəzində ABŞ Prezidenti Co Bayden və NATO-nun Baş katibi Yens Stoltenberq qarşılayıb.

Ərdoğan sammit çərçivəsində ikitərəfli görüşlərini davam etdirəcək. Onun görüşlərində Qəzzadakı vəziyyət müzakirə gündəliyi olacaq.

Türkiyə Prezidenti Baydenin Ağ Evdə liderlər və onların həyat yoldaşlarının şərəfinə verəcəyi şam yeməyinə də qatılacaq.


metbuat.az.