METBUAT.AZ

Dünya

Ərdoğan Türkiyə millisini təbrik etdi

3 İyul 2024 09:18

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin millisini Avstriya üzərində qələbə qazanaraq Avropa Çempionatının ¼ final mərhələsinə yüksəlməsi münasibətilə təbrik edib.

Metbuat.az xəbər verir ki, o, bu barədə rəsmi sosial şəbəkə hesabında paylaşım edib.

“Futbol üzrə Avropa çempionatında Avstriyaya qalib gələn və 1/4 finala yüksələn milli komandamızı ürəkdən təbrik edirəm. Bizim uşaqlara çempionluq yolunda uğurlar arzulayıram”.


metbuat.az.