22 İyul 2024 23:03
Xəbər verdiyimiz kimi, ötən gün Nicat adlı şəxs Bilgəh çimərliyində boğularaq ölüb.
Metbuat.az Milli.az-a istinadən xəbər verir ki, Nicatın bloqer nişanlısı onun ölümü ilə bağlı məzarından paylaşım edib:
"Sən birgün öldün, mən hərgün. Cənnətdəsən bilirəm, gözlə məni...",- paylaşımda yazılıb.
Qeyd edək ki, mərhum Nicat Elman oğlu Alıxanlı Aytac adlı xanımla bu ilin aprel ayının 14-də nişanlanıb, oktyabr ayının 10-da toyları olacaqmış. Aytac xanım bloqerlik fəaliyyəti ilə məşğul olur.