METBUAT.AZ

İdman

"Fənərbağça" Ferdini ingilislərin ulduzu ilə dəyişir -

13 İyul 2024 14:48

İngiltərənin "Mançester Yunayted" klubu Türkiyə millisinin üzvü Ferdi Kadıoğlu ilə maraqlanır.

Metbuat.az "NTV Spor"a istinadən xəbər verir ki, ingilislərin futbolçu üçün 25 milyon avro ödəmək istədiyi, lakin "Fənərbağça"nın 35 milyon tələb etdiyi deyilir.

Eyni zamanda iddialara görə, əgər "Mançester Yunayted" təklifini yüksəltməsə, İstanbul klubu Ferdinin qarşılığında ingilislərdən Ceydon Sançonu da istəyə bilər.

Qeyd edək ki, Ferdi Kadıoğlu Avropa çempionatında uğurlu oyunu ilə bir çox böyük klubların diqqətini çəkə bilib.


metbuat.az.