METBUAT.AZ

İdman

"Fənərbaxça"dan "Qalatasaray"a keçdi -

1 İyul 2024 20:34

Türkiyənin "Fənərbaxça" klubunun futbolçusu Mişi Batşuayi "Qalatasaray"a keçib.

Metbuat.az xəbər verir ki, bu barədə "sarı qırmızılar"ın mətbuat xidməti məlumat yayıb. 30 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, 2021/2022 mövsümündə icarə əsasında "Beşiktaş"ın formasını geyinən oyunçu 2022-ci ildən "Fənərbaxça"nın uğurları üçün çalışıb.


metbuat.az.