METBUAT.AZ

İdman

Flik Laportaya Arda ilə bağlı üsyan etdi

3 İyul 2024 08:25

"Barselona"nın yeni baş məşqçisi Hansi Flik Arda Güleri əldən verdiyinə görə, klub rəhbərliyinə qəzəblənib.

Metbuat.az xəbər verir ki, alman baş məşqçi Arda Gülerin “Real Madrid”ə transfer olmasına görə, klub prezidenti Joan Laportanı qınayıb. Flick oyunçu ilə müqavilə imzalamaq üçün niyə işlər görülmədiyini soruşub. Alman məşqçi ““Real Madrid” ən yaxşısını alır, bu ola bilməz. Bu transfer məsələləri indi fərqli şəkildə təşkil edilməlidir” deyə bildirib. AVRO 2024-də Arda Güleri seyr edərkən heyrətə düşən Flik komandaya Arda Gülerin keyfiyyətində olan gənc futbolçuların transfer edilməsini tələb edib.

Qeyd edək ki, Arda Gülerin əvvəlcə “Barselona”ya transfer olacağı deyilsə də, “Real Madrid”in daha yaxşı maddi şərtlər təklif etməsi futbolçunun Madrid klubuna transfer olmasına səbəb olub.


metbuat.az.