METBUAT.AZ

Hadisə

Gənc qadın öldü, məşhur klinikaya qıfıl vuruldu -

17 İyul 2024 17:03

Bakıda fəaliyyət göstərən özəl klinikalarından biri – “Reo-Med” klinikasının girişinə kilid vurulub.

Metbuat.az News24.az-a istinadən bildirir ki, bir neçə gündür klinikanın fəaliyyətini dayandırdığı iddia edilir. Bu barədə yaxınlıqda yaşayan vətəndaşlar məlumat verib.

Qeyd edək ki, 29 yaşlı qadın iyunun 11-də əməliyyat üçün “Reo-Med” klinikasına müraciət edib və 2 iyul tarixində həyatını itirib. Gənc xanımın ölümündə isə “Reo-Med” klinikasının həkimi Mətanət Eyvazova və anestezioloq Babək Mahmudov ittiham edilib. Son günlər bu mövzu sosial şəbəkələrdə və KİV-də geniş müzakirələrə səbəb olub.

Bunu da bildirək ki, klinikanın binasına yazılan "Reo-Med" yazısı da üzərindən götürülüb.


metbuat.az.