26 İyul 2024 15:28
Rusiya müdafiə nazirinin keçmiş müavini general-polkovnik Dmitri Bulqakov korrupsiyada şübhəli bilinərək saxlanılıb.
Metbuat.az xəbər verir ki, bu barədə məlumatı Rusiya İstintaq Komitəsi verib.
Hazırda General Moskvada təcridxanaya yerləşdirilib və istintaq aparılır.
Qeyd edək ki, Bulqakov Rusiya Qəhrəmanıdır və Ukrayna müharibəsinə görə Qərbin sanksiya siyahısına daxil edilib.