METBUAT.AZ

İqtisadiyyat

Gömrük rüsumları üzrə daxilolmalar artıb

25 İyul 2024 17:51

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinə gömrük daxilolmaları 3 milyard 252,218 milyon manat təşkil edib.

Metbuat.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 % çoxdur.

O cümlədən, son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 43,5 % artaraq 1 milyard 102,918 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 6,9 % azalaraq 2 milyard 35,269 milyon manat, aksizlər üzrə daxilolmalar 2 % azalaraq 95,445 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 19,5 % azalaraq 18,586 milyon manat olub.


metbuat.az.