31 İyul 2024 10:09
“İsrailin Baş naziri Benyamin Netanyahu HAMAS lideri İsmayıl Haniyənin öldürülməsi üçün ABŞ-dən icazə alıb.
Metbuat.az "Al-Jazeera"ya istinadən bildirir ki, bu barədə Yəməndəki husilərə yaxın mətbuat orqanları məlumat yayıb. Məlumata görə, Netanyahunun son səfəri zamanı HAMAS liderinin qətlə yetirilməsi ilə bağlı rəsmi razılıq əldə edilib.
Qeyd edək ki, İsmayıl Haniyənin Tehrandakı iqamətgahının vurulması nəticəsində o və bir cangüdəni həyatını itirib.