METBUAT.AZ

Hadisə

Həmkəndlisini güllələdi, özünü başından vurdu

5 İyul 2024 14:03

Astara rayon sakini həmkəndlisini güllələyib, bir nəfər ölüb.

Metbuat.az Report-a istinadən bildirir ki, hadisə rayonun Şüvi kəndində baş verib.

Belə ki, kənd sakini 1983 - cü il təvəllüdlü Bəşir Əli oğlu İsrafilov həmkəndlisini güllələyərək qətlə yetirib. Sonra o özünü öldürmək məqsədi ilə baş nahiyyəsindən atəş açıb.

B.İsrafilov ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır


metbuat.az.