22 İyul 2024 09:31
"22 İyul - Milli Mətbuat Günü münasibətilə bütün həmkarları təbrik edirəm. 149-cu ildönümünü qeyd edən milli mətbuatımız uzun, şərəfli və məsuliyyətli inkişaf yolu keçmişdir”.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında paylaşım edib.
O, 22 İyul - Milli Mətbuat Günü münasibətilə Azərbaycan KİV nümayəndələrini təbrik edib.