METBUAT.AZ

İdman

İbrahimoviç Arda üçün gəldi -

12 İyul 2024 14:18

"Milan" "Real Madrid"in futbolçusu Arda Güleri transfer etmək üçün növbəti dəfə hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, danışıqlar aparmaq üçün “Milan” xüsusi məsləhətçisi Zlatan İbrahimoviçi göndərib. “Defensa Central”da yer alan xəbərə görə, "Milan" daha əvvəl "Real Madrid"dən Brahim Diazı icarə əsasında heyətinə qatıb və futbolçunun təcrübə toplamasına töhfə vermişdi. İtalyan nəhəngi Ardada da eyni planı həyata keçirmək istəyib. Lakin “Real” Ardanı icarəyə verməkdən imtina edib.

“Real Madrid”in futbolçunu növbəti mövsümdə də heyətində saxlamaq istədiyi bildirilir.


metbuat.az.