METBUAT.AZ

Ölkə

İcra başçısı təyin olunan Sahir Məmmədxanov kimdir?

8 İyul 2024 14:33

Xəbər verdiyimiz kimi, Prezidentin Sərəncamı ilə Sahir Məmmədxanov Qusara icra başçısı təyin edilib.

Metbuat.az Sahir Məmmədxanovun dosyesini təqdim edir:

O, 1959-cu ildə İsmayıllı rayonunda anadan olub. 1985-ci ildə Rusiya Federasiyasının Tver şəhərinin Kalinin adına Dövlət Universitetinin İqtisadiyyat fakültəsi bitirib.

1985–1993-cü illərdə Tver şəhərinin "Elektroaparatura" zavodunda iqtisadçı, maliyyə-müqavilə şöbəsinin rəisi və Hərbi Sənaye Nazirliyinin "Kalininmaşdetal" istehsalat birliyində baş mühasib vəzifəsində çalışıb. 1993-cü ildə Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyində müfəttiş, 1994–1999-cu ilə qədər müfəttiş, şöbə rəisi kimi işləyib.

Sahir Məmmədxanov 1999-cu ildə "İri vergi ödəyiciləri ilə iş üzrə" Baş idarə rəisinin müavini, daha sonra həmin ildən 2001-ci ilədək Baş idarənin rəisi vəzifəsində çalışıb. 2001-2009-cu illərdə Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi vəzifəsində çalışıb.

Azərbaycan Prezidentinin 4 mart 2009-cu il tarixli Sərəncamı ilə Vergilər nazirinin müavini vəzifəsinə təyin edilib. 29 mart 2016-cı il tarixli Sərəncam ilə Vergilər nazirinin birinci müavini vəzifəsinə təyin edilib.

Ailəlidir. 2 övladı var.


metbuat.az.