22 İyul 2024 14:51
Şuşada keçirilən II Qlobal Media Forumu başa çatıb.
Metbuat.az bildirir ki, iyulun 20-də öz işinə başlayan və üç gün davam edən “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” Forumu bu gün öz işini yekunlaşdırıb.
Qeyd edək ki, 50-ə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən, 30-a yaxın ölkənin informasiya agentliyinin, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayıb.
Xatırladaq ki, Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” Forumunun açılış mərasimində iştirak edib və jurnalistlərin çoxsaylı suallarını cavablandırıb.