METBUAT.AZ

Ölkə

İki oğlunu batmaqdan xilas edən ata DANIŞDI -

21 İyul 2024 22:28

Bilgəh çimərliyində ata son anda dənizdə boğulmaq təhlükəsi ilə üzləşən iki oğlunu xilas edib.

Metbuat.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, hadisə ötən gün baş verib.

27 yaşlı Tural Gülməmmədov və onun 30 yaşlı qardaşı Orxan Gülməmmədov dənizdə çimərkən qəflətən batmağa başlayıblar.

Övladlarının boğulduğunu görən ata dənizə girərək onları ölümdən xilas edə bilib.

Hər iki şəxs 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb, vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər. Hadisə barədə “Xəzər Xəbər”ə danışan ata Adil Gülməmmədov deyib ki, onlara nə isə olsa idi, özünü bağışlaya bilməzdi.

Vəziyyəti yaxşı olan böyük qardaş Orxan hadisənin saniyələr içində olduğunu və hər şeyin ani baş verdiyini deyib.

Daha ətraflı videoda.



metbuat.az.