METBUAT.AZ

Siyasət

İlham Əliyevin Pakistana səfəri başa çatdı

12 İyul 2024 13:53

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasına dövlət səfəri iyulun 12-də başa çatıb.

Metbuat.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Pakistanın daxili işlər naziri Syed Mohsin Raza Naqvi və digər rəsmi şəxslər yola saldılar.


metbuat.az.