METBUAT.AZ

İdman

İlqar Qurbanov direktor təyin edildi

31 İyul 2024 10:37

İlqar Qurbanov futbol üzrə Azərbaycanın əsas millisinin direktoru təyin olunub.

Metbuat.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

O, buna qədər milli komandaların skautu vəzifəsində çalışıb.

Qeyd edək ki, İlqar Qurbanov futbolçu karyerası ərzində Azərbaycan seçmə komandasının heyətində 30 oyun keçirib, 1 qol vurub.


metbuat.az.