METBUAT.AZ

İdman

İngiltərə millisi yarımfinalda -

6 İyul 2024 22:45

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında yarımfinal mərhələsinin daha bir iştirakçısı bəlli olub.

Metbuat.az xəbər verir ki, 1/4 finalda İsveçrə yığmasına qalib gələn İngiltərə millisi növbəti raunda vəsiqə qazanıb.

Matçın əsas vaxtı heç-heçə ilə başa çatıb - 1:1. Əlavə vaxtda hesab dəyişmədiyindən qalib penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq (5:3) oynayan ingilislər yarımfinala adlayıblar.

İngiltərə millisinin 1/2 finaldakı rəqibi Niderland-Türkiyə cütünün qalibi olacaq.

Qeyd edək ki, daha əvvəl İspaniya və Fransa yığmaları yarımfinala vəsiqə qazanıblar.


metbuat.az.