METBUAT.AZ

Dünya

İran HƏMAS liderinin Tehranda öldürülməsinə münasibət bildirdi

31 İyul 2024 09:53

İran Xarici İşlər Nazirliyi (XİN) HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə münasibət bildirib.

Metbuat.az xəbər verir ki, bu barədə İranın XİN-dən bildirilib.

"Tehran bu hadisənin təfərrüatlarını və aspektlərini araşdırmaqda davam edir. İ.Haniyənin ölümü İran və Fələstin arasında dərin və ayrılmaz əlaqələri daha da möhkəmləndirəcək".

Qeyd dək ki, İ.Haniyə iyulun 31-də Tehranda öldürülüb. O, İranın yeni prezidenti Məsud Pezaşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.


metbuat.az.