METBUAT.AZ

Dünya

İranın yeni seçilən prezidenti bu gün and içəcək

30 İyul 2024 09:40

Bu gün İran İslam Respublikasının yeni seçilən Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi keçiriləcək.

Metbuat.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə 16:00-da İslami Şura Məclisində baş tutacaq.

Tədbirdə 70-dən artıq xarici nümayəndənin, 600 nəfər yerli və əcnəbi jurnalistin iştirakı gözlənilir.

Qeyd edək ki, İranda növbədənkənar prezident seçkilərinin birinci turu iyunun 28-də, ikinci turu isə iyulun 7-də keçirilib.


metbuat.az.