5 İyul 2024 11:08
"Delimitasiya prosesi ilə bağlı vəziyyət bir az fərqlidir. Mübahisəli ərazilər var. Onların həll olunması mütləqdir. O ərazilər həll olunmadan nəticə əldə etmək mümkün deyil".
Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. O bildirib ki, hal-hazırda delimitasiya prosesinin olması üçün xəritələr ortaya qoyulmalıdır:
"Çünki orada bəzi ərazilər var ki, onlarla bağlı dəqiqləşdirmə olmalıdır. Hər iki tərəf xəritəni ortaya qoymalıdır. Xətirə müəyyənləşməlidir. Əslində bu, xəritə ilə də bitmir. Ermənistan daxilində bəzi qruplar var ki, onlar Paşinyan hökumətinə ciddi təzyiq edirlər. Təzyiq də Ermənistanı bu məsələdən yayındırır. Ona görə də, bir az bu proses uzana bilər. COP29-a qədər cəhd edə bilərlər. Müəyyən qədər ərazilərdə delimitasiya-demarkasiya prosesi ola bilər".
Seyranə Quliyeva / Metbuat.az