15 İyul 2024 11:45
“Liverpul”dakı işindən ayrılandan sonra heç bir komanda ilə anlaşmayan Yurgen Kloppa sürpriz təklif gəlib.
Metbuat.az xəbər verir ki, o milli komandadan təklif alıb. “The Athletic”də yer alan xəbərə görə, ABŞ Futbol Federasiyası Yurgen Kloppa təklif irəli sürüb. Məlumata görə, Klopp təklifi qəbul etməyəcək. Bundan əvvəl dərc olunan xəbərlərdə Kloppun dincəlmək istədiyi barədə xəbərlər dərc edilmişdi. Qeyd edək ki, 2024-cü ildə Amerika Kubokuna ev sahibliyi edən ABŞ ilk mərhələdə mübarizəni dayandırıb.
Məğlubiyyətdən sonra baş məşqçi Qreqq Berhalter postundan göndərilib.