METBUAT.AZ

İdman

İspaniya ilk finalçı olub -

10 İyul 2024 01:02

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Fransa yığmaları arasında keçirilən yarımfinal görüşü başa çatıb.

Metbuat.az xəbər verir ki, Münhendəki “Alyans Arena"da reallaşan matçda pireneylilər qələbə qazanıb - 2:1. Hesabı 9-cu dəqiqədə fransızlardan Kolo Muani açıb. 21-ci dəqiqədə Lamin Yamal "status-kvo"nu bərpa edib. İspanların qələbə qoluna isə 25-ci dəqiqədə Dani Olmo imza atıb.

Qeyd edək ki, İspaniya millisinin finaldakı rəqibinin adına bu gün keçiriləcək Niderland - İngiltərə matçında aydınlıq gələcək.


metbuat.az.