METBUAT.AZ

Gündəm

İspaniyanı çempion edən qolu vurdu, satqın elan edildi -

16 İyul 2024 09:51

Avropa çempionatının finalında İspaniyanın ikinci qolunu vuraraq ölkəsini çempion edən Mikel Oyarzabal tənqidlərə tuş gəlib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, səbəb bask futbolçunun İspaniya millisində forma geyinməsidir. Bask vilayətində divarlara asılan pankartlarda Oyarzabal və digər bask futbolçu Merino satqın elan edilib, "İspaniya millisində oynamağa yox", "Oyarzabal və Merinos satqınlar" kimi şüarlar yazılıb.

Qeyd edək ki, hazırda "Real Sosyedad"da forma geyinən Mikel Oyarzabal Bask vilayətində - Eybar şəhərində doğulub. Aşağı yaş qruplarından etibarən İspaniya millisində çıxış edən futbolçu 2016-cı ildə Bask millisində 1 oyun keçirib. Bundan sonra İspaniyanın əsas heyətində 37 oyun keçirən oyunçunun 12 qolu var. O, Avropa çempionatında İngiltərə qarşı 2:1 hesabı ilə qalib gəldikləri oyunda 1 qolun müəllifi olub və ölkəsinə 4-cü Avropa çempionluğunu qazandırıb.


metbuat.az.