METBUAT.AZ

Dünya

İstanbul boğazı bağlandı

10 İyul 2024 17:01

Türkiyədə İstanbul boğazı bağlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb.

Məlumata görə, buna səbəb “LIONFISH” adlı gəmidə yaranan nasazlıq olub.

Bununla əlaqədər olaraq gəmilərin hər iki tərəfə hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Hərəkətin nə vaxt bərpa olunacağı barədə məlumat verilməyib.


metbuat.az.