10 İyul 2024 16:23
Vətəni Amerika olan kartof hər mətbəxdə rast gəlinən tərəvəzlərdəndir. Kartofun özü ilə yanaşı onun suyunun da bir çox faydaları var.
Metbuat.az xarici mediaya istinadən kartof suyunun faydalarını təqdim edir:
- Əzələ və oynaq ağrılarına yaxşı təsir göstərir
- Güclü antioksidant olduğu üçün qaraciyərdə yığılmış toksinləri çıxarmağa kömək edir
- Tərkibində xolesterin olmadığı üçün yüksək təzyiqin qarşısını alır
- Qan şəkərini tənzimləyir
- İmmunitetini gücləndirir və xüsusilə qış aylarında xəstəliklərə qarşı güclü müdafiə edir
-Tərkibində çoxlu miqdarda nişasta olduğu üçün mədə xəstəliklərinə də xeyirlidir
- Çiy kartof suyu qastrit, reflü və mədə turşusu kimi problemləri azaltmağa kömək edir.