METBUAT.AZ

İdman

"Kəpəz" braziliyalı yarımmüdafiəçini transfer etdi

30 İyul 2024 21:26

"Kəpəz" daha bir futbolçunun transferini reallaşdırıb.

Klubdan Metbuat.az-a verilən məlumata görə, Viktor Braqa Gəncə klubunun şərəfini qoruyacaq.

Braziliyalı ilə "1+1" illik müqavilə bağlanıb. Viktor cinah yarımmüdafiəçisi mövqeyində oynayır. 23 yaşlı oyunçunun son klubu ölkəsinin "Aqiya di Maraba" klubu olub.


metbuat.az.