METBUAT.AZ

Şou

"Kirayədə qalıram, qızıl satıb dolanıram" -

29 İyul 2024 17:02

Əməkdar artist Firuzə İbadova evini satdığını və kirayədə qaldığını deyib.

Metbuat.az xəbər verir ki, müğənni bu haqda “Həftənin qonağı” verilişində danışıb. O, bildirib:

“1 il 2 aydır kirayədə qalıram. Pandemiyada evimi satdım. İpotekada idi, hər şey dayandı, ödəyə bilmədim. Xoşluqla şirkətə gəldim, dedim pulunuzu çıxın, mənim haqqımı verin. Düşündüm gedib ona uyğun ev alaram. Amma pandemiya uzandı, anam dünyasını dəyişdi. Anama 60 gün yas verdim. Bahalı evdə qalıram, amma 500 manat alırlar. Çətinliklə ödəyirəm. Toya çox getmirəm”.

Sənətçi bildirib ki, qızı Hülya həyat yoldaşından boşanıb və onunla birlikdə yaşayır.

“Qızım Kanadada yaşayırdı. Orada yaşaya bilmədi, qayıtdı Bakıya, amma həyat yoldaşı gəlmədi. Zinət əşyalarım var idi, satıb müəyyən xərclərimizi ödəyirik. Nəvəmin atası onun oxumağına kömək edir. Mən də pensiya və fəxri ada görə təqaüd alıram. Belə dolanırıq. Hər gün toya getdim, amma qazanmadım”.


metbuat.az.