METBUAT.AZ

İqtisadiyyat

Kriptovalyuta sahəsi tənzimlənməlidir -

31 İyul 2024 16:21

Hal-hazırda Azərbaycanda kriptovalyutaların tənzimlənmə mexanizmi mövcud deyil. Mərkəzi Bank öz strategiyası çərçivəsində bu istiqamətdə araşdırmalar aparır.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

“Biz bilirik ki, hal-hazırda Azərbaycanda kriptovalyutalar alınır və satılır. Düşünürəm ki, bu sahədə tənzimlənmə olmalıdır və növbəti ildə biz bu istiqamətdə qərarımızı verəcəyik”, - deyə baş bankir qeyd edib.


metbuat.az.