METBUAT.AZ

İdman

“Liverpul”, "Arsenal", "Tottenhem"... -

30 İyul 2024 08:25

“Liverpul” “Qalatasaray”da çıxış edən Barış Alper Yılmazı transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, İngiltərə təmsilçisi futbolçu üçün 30 milyon avro təklif edib. “Team Talk”da yer alan xəbərə görə, Barış Alper Yılmazla “Liverpul”la yanaşı "Arsenal", "Tottenhem" və "Vest Hem Yunayted" klubları da maraqlanır.

Qeyd edək ki, 2021/22 mövsümündə "Ankara Keçiörengücü"ndən "Qalatasaray"a transfer olunan Yılmaz "Qalatasaray" forması ilə ümumilikdə 108 matçda 11 qol vurub, 14 məhsuldar ötürmə edib.


metbuat.az.